AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ səfiri xanımı ilə Bakını gəzdi - FOTO

  • + A
  • - A
  • 29-01-2024, 11:59

    ABŞ səfiri xanımı ilə Bakını gəzdi - FOTO

    ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi həyat yoldaşı ilə Bakının görməli yerlərinə səfərlərini davam etdirir.

    Bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyinin “X” hesabında paylaşım edilib.

    “Bu həftəsonu mən Danuşiya ilə birlikdə Bakı şəhərinin görməli yerlərini kəşf etməyə davam edərkən Ayna Sultanova heykəlini və Atatürk parkını ziyarət etdim. Yol boyu pişik Məstanla tanış olmaq da xoş idi!”, - deyə səfir qeyd edib.

    Paylaşımda, həmçinin Bakıda çəkilən fotolar da yer alıb.

    Xatırladaq ki, o, bundan əvvəl həyat yoldaşı ilə birlikdə Zeynalabdin Tağıyevin keçmiş sarayında yerləşən Milli Tarix Muzeyini ziyarət edib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR