Müğənni Çingiz Mustafayev yenidən İndoneziyaya yollanıb.
Sənətçi Balidə dincəlir. Çingiz eyni zamanda orada konsert verməyi də planlaşdırır.
Bu haqda ifaçı özü məlumat yayıb. Son günlər sufi olduğunu açıqlayan Çingiz tədbirin fevralın 6-da keçiriləcəyini bildirib.
"Elektron musiqi ilə sinxron şəkildə Şərqin mistik melodiyalarının sədalarına qərq ola bilək. Sizə bu unudulmaz səyahəti bəxş etməkdən şad olaram" deyə, sənətçi əlavə edib.
Qeyd edək ki, Ç.Mustafayev bir müddət əvvəl Baliyə köçmüş və bir neçə il orada yaşamışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.