Masallı Rayon Statistika İdarəsindən Azadmedia.az-ın cənub bürosuna verilən məlumatda bildirilir ki, Məşğul əhalinin tərkib hissəsi olan muzdla çalışan işçilərin sayı 2023-cü ilin yanvar-noyabr aylarında 15286 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 7950 nəfər (52,0 faiz), qeyri-dövlət sektorunda isə 7336 nəfər (48,0 faiz) təşkil etmişdir.
Muzdlu işçilərin 20,2 faizi məhsul istehsalı sahələrində, 79,8 faizi isə xidmət sahələrində çalışanlar təşkil etmişdir.
2023-cü ilin yanvar-noyabr aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 568,9 manat, həmçinin dövlət sektorunda 691,9 manat, qeyri-dövlət sektorunda 436,4 manat təşkil etmiş, 2022-ci ilin müvafiq dövrünə nisbətən rayon üzrə əməkhaqqı 9,3 faiz, dövlət sektoru üzrə 9,2 faiz, qeyri-dövlət sektoru üzrə isə 10,6 faiz artmışdır.
Digər fəaliyyət növləri ilə müqayisədə orta aylıq əməkhaqqı - elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 721,1 manat, maliyyə və sığorta sahəsində 1644,0 manat, dövlət idarəetməsi və müdafiə; sosial təminat bölməsində 904,4 manat, təhsil sahəsində 701,4 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 718,8 manat, informasiya və rabitə sahəsində 602,4 manat təşkil etmişdir ki, bu da digər bölmələrdən daha yüksək olmuşdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.