Azərbaycan Memarlıq və İnşaat Universitetində kadr dəyişikliyi olub.
Unikal-az-ın məlumatına görə, universitetin Nəqliyyat və logistika kafedrasının müdiri Tağı Əhmədov işindən ayrılıb.Qeyd edək ki, Tağı Əhmədov bir müddətdir ağır xəstəlikdən əziyyət çəkir.
Tağı Əhmədov 1998-ci ildən 2014-cü ilə kimi Bakı Metropoliteninin rəisi işləyib.
2016-cı ildən bu günə kimi isə Azərbaycan Memarlıq və İnşaat Universitetindəki Nəqliyyat fakültəsində Nəqliyyat və logistika kafedrasının müdiri vəzifəsini tutub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.