Azərbaycan hökuməti seçkiləri saxtalaşdıraraq 55 faiz etməklə demokratiya mühiti yaratmaqda maraqlı deyil. El arasında belə bir deyim var: "Bir gün həqiqət parıldayacaq". Nədənsə bu sözü həmişə gələcək üçün, deyirlər, bu da kor-korana və qərəzli yanaşmanı çox zaman göstərir. Xalq yaxşı bilir, o az kəsim kütlə də diqqət etsə görər ki, bu gün həqiqət həqiqətən də parıldayır və məhz ona görə parıldayır ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının başında rəhbər kimi dayanıb.
Prezident İlham Əliyevin 90 faizdən çox səs toplamasını ona görə etimal edirik ki, O, güclü ölkə rəhbəridi, ölkəni qalib edən rəhbərdi, onun daxili-xarici siyasəti bütün təhlükələrdən ölkəni tam qoruyur, ölkəylə bağlı, siyasətlə bağlı bütün sahələr üzrə ideal və yüksək nəticələrə sahibdir, şəxsi həyatında gözəl ailə başçısı, gözəl ata, gözəl həyat yoldaşı, gözəl baba, gözəl quda, gözəl qaynata və.s üstün keyfiyyətlərə malikdir.
Şəxsiyyət kimi həyatın heç bir məqamında geri qalmır, hər sahə üzrə hər şeyi maksimum əldə edir, dünya tarixində nadir insanlar, 1000 ildən bir doğulan insanlar bunu ancaq bacara bilir. Bizim xalq milli dəyərlərə də xüsusi önəm verir. Qərbdə belə lider yoxdur, ona görə də onlar 60 faiz səslə qalib gəlirlər, adını da demokratiya qoyurlar. 60 faiz səslə qalib gəlmək demokratiyanı göstərmir, 90 faiz səslə qalib gəlmək isə böyük sevginin göstəricisidir. Azərbaycan hökuməti seçkiləri saxtalaşdıraraq 55 faiz etməklə demokratiya mühiti yaratmaqda maraqlı deyil.
Mircalal Mehdiyev,
2 fevral 2024-cu il.
Moskva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.