Azərbaycan tarixi seçkilərə hazırlaşır. Fevralın 7-də ölkəmizdə prezident seçkiləri keçiriləcək.
Müstəqilliyin əldə edilməsindən indiyə qədər ölkəmizdə ümumilikdə 7 prezident seçkiləri keçirilib. Bu il ilk dəfə seçkilər bütün ölkə ərazisində baş tutacaq. Bu, İkinci Qarabağ müharibəsindən və antiterror tədbirlərindən sonra keçirilən ilk seçkidir.
Seçkilərlə bağlı vacib rəqəmləri təqdim edirik:
Namizədlərin sayı: 7
Qeydə alınmayan namizədlərin sayı: 10
Seçicilərin sayı: 6 milyon 300 mindən çox
Ən yaşlı seçici: 124 yaşlı Bari Nəbiyeva
İlk dəfə səs verəcək şəxslərin sayı: 590 min nəfər
Seçki günü 18 yaşı tamam olan şəxslərin sayı: 228
Çap edilən seçki bülletenlərinin sayı: 6 524 203
Seçki dairələrinin sayı: 125
Seçki məntəqələrinin sayı: 6 537 (6 319-u daimi, 218-i isə müvəqqəti)
Azad edilən ərazilərdə yerləşən məntəqələrin sayı: 26
Müşahidəçilərin sayı: 86 490
Xarici müşahidəçilərin sayı: 790
Veb-kamer quraşdırılan məntəqələrin sayı: 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsi
Xaricdə: 37 ölkədə təşkil edilmiş 49 seçki məntəqəsi
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.