AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Həbs edilən idmançıların şikayəti təmin edilmədi

  • + A
  • - A
  • 5-02-2024, 14:06

    Həbs edilən idmançıların şikayəti təmin edilmədi


    Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədovun məhkəməsi keçirilib.

    Xətai Rayonu Məhkəməsinin onlar barəsində çıxardığı qərar qüvvədə qalıb.

    Bakı Apellyasiya Məhkəməsində eləcə də hadisə zamanı saxlanılan Tofiq Musayev və Mehman Məmmədov barəsində digər qətimkan tədbiri də qüvvədə saxlanılıb.

    Xatırladaq ki, Xətai Rayon Məhkəməsinin Qərarına əsasən, baş məşqçi Ruslan Əfəndiyev və onun tələbləri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində 1 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

    Onlar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham ediliblər. Tofiq Musayev və Mehman Məmmədov barələrində isə digər qətimkan tədbiri seçilmişdi.

    Qeyd edək ki, hadisə Bakının Səbail rayonu ərazisində qeydə alınıb. Onlar "Rizin" Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən mübahisə yaranıb. Bir qrup idmançı arasında dava düşüb və nəticədə adıçəkilən şəxslər digər idmançı Həsən Əzizovu döyüblər.

    Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, 4 nəfər həbs olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR