Latviya, Litva və Estoniyanın Moskvadakı müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Buna səbəb martda keçiriləcək Rusiya prezident seçkiləri zamanı təhlükəsizliyin təmin edilməsi ilə bağlı Moskvanın müraciətlərinə cavab verilməməsi olub.
Xarici İşlər Nazirliyi Latviya, Litva və Estoniya hakimiyyətlərindən seçicilərin, eləcə də səfirlik əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi addımları atmağı tələb edib", - deyə sözçü bildirib.(RİA)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.