Qazaxıstanın yeni Baş naziri Oljas Bektenov prioritet olmayan xərcləri azaltmaq üçün büdcədə auditin aparılması barədə göstəriş verib.
Azadmedia.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında deyilir.
Belə ki, Nazirlər Kabineti rəhbərinin sözlərinə görə, büdcə xərcləri tam iqtisadi gəlirə əsaslanaraq dəqiq bölüşdürülməli, məhsuldarlığı olmayan xərclər isə tamamilə istisna olunmalıdır.
Həmçinin “Maliyyə Nazirliyi 10 gün ərzində respublika büdcəsinin, bir ay ərzində isə bütün yerli büdcələrin auditini həyata keçirməlidir. Mühüm əhəmiyyət kəsb etməyən xərclər əhəmiyyətli dərəcədə azaldılmalı və büdcə vəsaiti israf edilməməlidir”, - deyə Oljas Bektenov bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.