Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili həmkarı, hazırkı prezident Salome Zurabişviliyə Avropaya inteqrasiya üçün yaradılan ictimai platformanı “küçələrə çıxarmağı” təklif edib.
O, Vahid Milli Hərəkat Partiyasının bu halda Zurabişvilinin ideyasına qoşulmağa hazır olduğunu əlavə edib.
"Təbii ki, indiki prezidentə müdriklik öyrətmək fikrində deyiləm, sadəcə deyəcəyəm ki, onun yerində olsaydım, xalqın tribunasını küçələrə çıxarardım. Geniş Azadlıq Meydanı kiçildi. Salome xanıma tanış olan hippodrom artıq praktiki olaraq yoxdur, amma Rustaveli hələ də mövcuddur, onu doldurmaq olar, hamı bunu birlikdə edə bilər. Əgər prezident bu təşəbbüslə çıxış edərsə, biz onu dəstəkləyəcəyik”, - Saakaşvili bildirib.
Partiyalar və vətəndaş cəmiyyəti ilə danışıqlara gəlincə, Saakaşvili ən vacib vəzifəni seçkilərin ədalətli keçirilməli olduğunu bəyan etmək deyil, bu ədalətin necə təmin olunacağından danışmaq olduğunu hesab edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.