Fevralın 13-də Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilir.
İclasda 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxılır.