Ukrayna, İsrail və Tayvana 95 milyard dollarlıq yardımın ayrılmasını nəzərdə tutan qanun layihəsi ABŞ Senatında kifayət qədər səs toplaya bilib.
Azadmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, 70 senator qanun layihəsinin lehinə, 29 senator isə əleyhinə səs verib. Sənəd Senatda təsdiqləndikdən sonra prosedura uyğun olaraq, Konqresin Nümayəndələr Palatasına göndərilir.
Ancaq layihədə ABŞ-ın cənub sərhədində nəzarəti gücləndirmək barədə müddəalar əks olunmayıb. Qanunverici orqanın aşağı palatasının spikeri respublikaçı Mayk Conson Senatda baxılan sənəddə ABŞ-ın “qarşılaşdığı ən ciddi problemə” toxunmadığını vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.