Vladiqafqaz şəhərində Şimali Osetiya-Alaniya Respublikası “Azərbaycanlıları Konqresi” 7 fevral 2024-cü il seçkiləri münasibəti ilə təntənəli tədbir keçirdi.
Şimali Osetiya-Alaniya Respublikası “Azərbaycanlıları Konqresi”nin fəxri prezidenti Şahin Məmmədovun, Konqresin sədri Murtaza Gülməmmədovun və konqres üzvülərinin iştirakı ilə 7 fevralda baş tutan növbədənkənar prezident seçkisində “ekzit-poll” nəticələri və MSK ilkin nəticələri elan etdikdən sonra öz rəqibləri üzərində mütləq qələbəni təmin etmiş möhtərəm prezidentimiz İlham Əliyevi təbrik etmək münasibətilə təntənəli tədbir keçirildi.Tədbirdə cənab prezidentə təbrik məktubu göndərilməsi qərara alındı
“Zati-aliləri, möhtərəm cənab Prezident.
Sizi Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar Prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirik. Bu qələbə Azərbaycan vətəndaşlarının Sizin liderliyinizə olan hədsiz etimadının təzahürüdür.
Sizin strateji siyasətiniz və sadiqliyiniz sayəsində Azərbaycan sosial və iqtisadi inkişaf istiqamətində ciddi irəliləyişə nail olmuş, hər bir vətəndaşın təhlükəsizliyi və firavanlığı təmin edilmiş, ölkəniz regional liderə çevrilərək beynəlxalq nüfuza sahib olmuşdur.
Biz tam əminik ki, Sizin davamlı müdrik rəhbərliyiniz və liderliyiniz sayəsində Azərbaycan və Rusiya arasında dostluq, tərəfdaşlıq qarşılıqlı maraqlar naminə güclənəcək və inkişaf edəcəkdir.
Möhtərəm Prezidentimiz! Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, Azərbaycan xalqına isə sülh və əmin-amanlıq arzu edirik.
Şahin MƏMMƏDOV,
Şimali Osetiya – Alaniya Respublikası
“Azərbaycanlılar Konqresinin” fəxri prezidenti
Murtuza GÜLMƏMMƏDOV,
Şimali Osetiya – Alaniya Respublikası
“Azərbaycanlılar Konqresinin” sədri
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.