İnquşetiya Azərbaycanlıları Şuşa regional Milli-Mədəni Mərkəzi 7 fevral 2024-cü il seçkiləri münasibəti ilə təntənəli tədbir keçirdi.
İnquşetiya Azərbaycanlıları Şuşa regional Milli-Mədəni Mərkəzinin fəxri prezidenti Rəhmətulla Babayev, diaspora üzvüləri 2024-cü ilin fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində YAP-nın namizədi, prezident İlham Əliyevin birmənalı qələbəsini xüsusi coşqu ilə qarşıladılar.
İnquşetiya Azərbaycanlıları Şuşa regional Milli-Mədəni Mərkəzinin fəxri prezidenti Rəhmətulla Babayev, diaspora üzvüləri 7 fevralda baş tutan növbədənkənar prezident seçkisində öz rəqibləri üzərində mütləq qələbəni təmin etmiş möhtərəm prezidentimiz İlham Əliyevi təbrik etmək münasibətilə təntənəli tədbir keçirildi.Tədbirdə cənab prezidentə təbrik məktubu göndərilməsi qərara alındı.
Zati-aliləri, möhtərəm cənab Prezident!
Sizin rəhbərliyiniz dövründə Azərbaycan respublikası beynəlxalq hüququn prinsipləri və BMT nizamnaməsinə sadiqliyini, ölkəmizin ərazi bütövlüyü və suverenliyini qorumaq istiqamətində əzmkar mövqe nümayiş etdirmişdir və etdirməkdə davam edir.
Sizin strateji siyasətiniz və sadiqliyiniz sayəsində Azərbaycan sosial və iqtisadi inkişaf istiqamətində ciddi irəliləyişə nail olmuş, hər bir vətəndaşın təhlükəsizliyi və firavanlığı təmin edilmiş, ölkəniz regional liderə çevrilərək beynəlxalq nüfuza sahib olmuşdur.
Sizi Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar Prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirik. Bu qələbə Azərbaycan vətəndaşlarının Sizin liderliyinizə olan hədsiz etimadının təzahürüdür.
Möhtərəm Prezidentimiz! Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, Azərbaycan xalqına isə sülh və əmin-amanlıq arzu edirik.
Rəhmətulla Babayev,
İnquşetiya Azərbaycanlıları Şuşa Regional
Milli-Mədəni Mərkəzinin fəxri prezidenti
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.