ABŞ üç fiziki və dörd hüquqi şəxsi Amerika malları və texnologiyalarının İrana ixracına görə sanksiyalar siyahısına daxil edib.
Azadmedia.az xəbər verir ki, bu barədə ABŞ-nin Maliyyə Nazirliyi bəyanat yayıb.
Belə ki, “Bu gün ABŞ-ın Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi 20-dən çox ABŞ şirkətinin İrandakı Mərkəzi Bankı da daxil olmaqla, yekun istehlakçılara mal və texnologiyanın qanunsuz ixracını asanlaşdıran satınalma şəbəkəsinə sanksiyalar tətbiq edib”, - deyə ABŞ Xəzinədarlığının bəyanatında deyilir.
Qeyd edək ki, sanksiyalara İrandan iki və BƏƏ-dən bir şəxs, həmçinin Vaşinqtonun məlumatına görə, İran Mərkəzi Bankı ilə əlaqəli olan İran, BƏƏ və Türkiyədəki şirkətlər daxildir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.