“Braqa”nın kapitanı Abel Ruiz Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a 2:4 uduzduqları oyundan danışıb.
İspaniyalı hücumçu cavab oyununda daha yaxşı hazırlaşmağın vacibliyini vurğulayıb.
O, Sport TV-yə açıqlamasında “Qarabağ”ın tank kimi üstlərindən keçdiyini deyib: “Etiraf edək ki, bu gün bizim günümüz deyildi. Növbəti məşqdə reaksiya verib bunu tərsinə çevirməliyik. İstədiyimiz nəticə olmadı. Qarabağ üstümüzdən keçdi. Əvvəlcə diqqətimizi çox vacib oyun olan çempionata yönəldəcəyik, sonra isə “Qarabağ”la səfər oyunu haqda düşünəcəyik”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.