AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

UNEC-də “Qlobal sistemlərdə yeni dövr, güc savaşları və Cənubi Qafqaz” adlı tədbir keçirilir - Son dəqiqə

  • + A
  • - A
  • 16-02-2024, 15:34

    UNEC-də “Qlobal sistemlərdə yeni dövr, güc savaşları və Cənubi Qafqaz” adlı tədbir keçirilir -


    Bu gün Azərbaycanın Cənubi Qafqazın ümumi inkişaf tempinin daha da sürətlənməsi, əməkdaşlıq platformalarının genişləndirilməsi işində oynadığı rol əvəzsizdir.

    UNEC-də “Qlobal sistemlərdə yeni dövr, güc savaşları və Cənubi Qafqaz” adlı tədbir keçirilir.

    Azadmedia.az xəbər verir ki, tədbirdə UNEC rektoru Prof. Ədaləf Muradov və kadr heyəti, Türkiyənin Azərbaycandakı səfiri Dos.Dr. Cahit Bağcı, Xəzər Universiteti Tarix və Arxeologiya departamentinin müdiri Dr. Telman Nüsrətoğlu, Təhlükəsizlik Siyasəti üzrə Mütəxəssis Abdullah Ağar, Jurnalist Sevil Nuriyeva, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev və media nümayəndələri iştirak edir.

    “Azərbaycan bilir ki, bizim ailəmiz Türk dünyasıdır".

    Bunu UNEC-in rektoru Ədalət Muradov Qlobal Sistemlərdə yeni dövr, güc savaşları və Cənubi Qafqaz" mövzusunda keçirilən beynəlxalq paneldə prezidentin fikri olaraq səsləndirib.
    Muradovun sözlərinə görə, tarix dəfələrlə sübut edib, hadisələrin gedişatı da onu deməyə əsas verir ki, türkün türkdən başqa dostu yoxdur.
    Muradov həmçinin Prezident İlham Əliyevin andiçmə mərasimində Türk dünyası haqqında səsləndirdiyi fikirlərə diqqət çəkərək qeyd edib ki, “Dövlət başçısı söylədi ki, Azərbaycanın Türk dünyasından başqa ailəsi yoxdur. Heç biz ailə də axtarmırıq. Dünənə kimi, Azərbaycana qarşı siyasət aparanların artıq maskalar yırtılıb. Azərbaycan bilir ki, bizim ailəmiz Türk dünyasıdır".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR