Ermənistan 2024-cü ildə Kazanda keçiriləcək “Gələcək Oyunlar” beynəlxalq multi-idman turnirində iştirak etməyəcək.
Azadmedia.az xəbər verir ki, bunu Ermənistanın Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyinin nümayəndəsi Artur Sedrakyan deyib.
Belə ki, “Ermənistan iştirak etmək üçün bildiriş alıb. Bunu sənayedə qeydiyyatdan keçmiş bir neçə şirkətin e-poçt ünvanlarına göndərdik, lakin mənfi cavab aldıq. Müsabiqədə iştirak etmək üçün namizədlərinin olmadığını qeyd ediblər”, - deyə o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.