Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 19-da Kupyansk istiqamətindəki ön mövqelərə gəlib. O, cəbhənin bu hissəsində Ukraynanı müdafiə edən hərbçiləri mükafatlandırıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin saytı məlumat yayıb.
Belə ki, “Ukrayna Lideri Volodimir Zelenski Xarkov vilayətinə səfəri zamanı Kupyanskın müdafiəsi üçün döyüş tapşırıqlarını yerinə yetirən knyaz Roman Veliki adına 14-cü əlahiddə mexanikləşdirilmiş briqadanın batalyon-komandanlıq postuna baş çəkib”, - deyə məlumatda bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.