AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

53 nömrəli məktəbdəki hadisə nəzarətdədir - BŞTİ

  • + A
  • - A
  • 21-02-2024, 15:51

    53 nömrəli məktəbdəki hadisə nəzarətdədir - BŞTİ


    53 nömrəli tam orta məktəbdə qısnamaya məruz qaldığı iddia olunan uşaq 2023-cü ilin sentyabrından VII sinfin şagird kontingentinə daxil olub. Uşaqlar arasında mübahisə yaranması ilə bağlı məsələ məktəb rəhbərliyinin nəzarətindədir.

    Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

    Məktəblinin nənəsinin müraciətləri nəzərə alınaraq dərs ilinin əvvəlində direktorun iştirakı ilə həmin sinfin valideyn iclası da çağırılıb:"İclasda sinifdə ciddi problem olmadığı və şagirdin sinfə adaptasiya baxımından çatinlik yaşadığı məlum olub. Bundan sonra şagirdə məktəb psixoloqu və müəllimlərin dəstək tədbirləri artırılıb. Sinif rəhbəri də 2023-cü ilin noyabr ayında daha təcrübəli müəllimlə əvəz edilib.

    "Məktəb “Məktəblinin dostu” və “Şagird davranış qaydaları” layihələrinə qoşulub. Məktəbdə sağlam təhsil mühitinin qorunması üçün hər iki layihə çərçivəsində müvafiq tədbirlər həyata keçirilməkdədir".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR