AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Bayer 04" - "Qarabağ" oyununun biletləri bu tarixdən satışa çıxarılır

  • + A
  • - A
  • 26-02-2024, 10:36

    "Bayer 04" - "Qarabağ" oyununun biletləri bu tarixdən satışa çıxarılır


    Almaniyada yerli "Bayer 04" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu üçün biletlərin satışa çıxarılacağı vaxt bəlli olub.

    Biletlər fevralın 27-də, yerli vaxtla saat 12:00-da onlayn qaydada və "Bay Arena"dakı fan-şopda satışa çıxarılacaq.

    İlk olaraq klub üzvləri və abunəçilər bu fürsətdən yararlana biləcəklər. Qiymətlər 8-50 avro aralığındadır.

    Qeyd edək ki, martın 14-də reallaşacaq "Bayer 04" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. İlk görüş isə martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR