Qərb Ukraynanı kifayət qədər dəstəkləmir.
Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri David Kameron deyib.
Belə ki, Ukraynanın kifayət qədər silah-sursatı yoxdur: “Kiyevin ABŞ-nin dəstəyinə ehtiyacı var. Ukraynaya daha çox maliyyə və silah lazımdır”.
Həmçinin “Biz sözlərimizə sadiq olmalıyıq”, - deyə nazir əlavə edib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV-lər yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir. ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Ukraynanın çətin vəziyyətdə olduğunu bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.