Ötən gün Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək Ermənistan tərəfə keçən Ruslan Pənahov Ermənistanda həbs edilib.
Ona qarşı Ermənistan Cinayət Məcəlləsinin 44-155-ci maddəsinin 2-ci hissəsinin 7 və 15-ci bəndləri, 335-ci maddəsinin 1-ci hissəsi, 340-cı maddənin 1-ci hissəsi, 44-425-ci maddəsinin 1-ci hissəsi və 469-cu maddəsinin 1-ci hissəsi ilə ittiham irəli sürülüb.
Sözügedən maddələr “təxribata cəhd”, “başqalarının həyatı üçün təhlükəli üsulla adam öldürməyə cəhd”, o cümlədən “milli, dini nifrət, dözümsüzlük və düşmənçilik zəminində adam öldürməyə cəhd”, “qanunsuz olaraq odlu silah və döyüş sursatı gəzdirmə və daşıma, qaçaqmalçılıq yolu ilə odlu silah və döyüş sursatı keçirmə, qanunsuz yolla Ermənistan Respublikasının dövlət sərhədini pozma”nı nəzərdə tutur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.