AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Britaniyaya məxsus Rubymar gəmisi Qırmızı dənizdə batdı - KİV

  • + A
  • - A
  • 2-03-2024, 18:43

    Britaniyaya məxsus Rubymar gəmisi Qırmızı dənizdə batdı -



    Fevralın 19-da Yəməndəki husi üsyançılarının hücumuna məruz qalan Britaniyaya məxsus Rubymar gəmisi Qırmızı dənizdə batıb.

    Azadmedia.az xəbər verir ki, bu barədə Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin SABA dövlət agentliyi tərəfindən yayımlanan bəyanatında deyilir.

    Belə ki, zdələnmiş Rubymar gəmisindəki vəziyyəti izləyən böhran qrupu onun əlverişsiz hava şəraiti və dənizdə güclü külək səbəbindən dünən gecə batdığını bildirib.

    Həmçinin Birləşmiş Ərəb Əmirliklərindən Bolqarıstana Beliz bayrağı ilə üzən Rubymar gəmisinə husilərin hücumu nəticəsində ciddi ziyan dəyib. Heyət təcili olaraq gəmini tərk etmək məcburiyyətində qalıb. Ehtimal edilirdi ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin köməyi ilə Rubymar yedəyə alınaraq Səudiyyə Ərəbistanının Ciddə limanına aparılacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR