Rusiya NATO-nun bu gün başlayan "Skandinaviyalıların cavabı 24" təlimlərini izləyir. Bu təlimlər nümayişkaranə şəkildə təxribat xarakterlidir.
Azadmedia.az xəbər verir ki, bu barədə Rusiya XİN-i məlumat yayıb.
Belə ki, “NATO təlimləri insident riski yaradır. Rusiya müdafiə qabiliyyətini təmin etmək üçün bütün lazımi tədbirləri görür”, - deyə məlumatda deyilir.
Qeyd edək ki, 14 ölkədən 20 minə yaxın hərbçinin iştirak etdiyi “Skandinaviyalıların cavabı 24” təlimi bu gün başlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.