İranda 2023-cü ildə edam hökmlərinin icrasının sayı əvvəlki illə müqayisədə 43 faiz artıb.
Bu barədə BMT-nin insan hüquqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman sonuncu hesabatında bildirib.
O, insan hüquqları üzrə 42 səhifəlik hesabatında vurğulayıb ki, 2023-cü ildə azı 834 nəfər edam olunub.
Qeyd edək ki, BMT-nin İnsan Hüquqları üzrə Şurasının 55-ci sessiyası fevralın 20-də başlayıb aprelin 6-dək davam edəcək.
Cavid Rəhman Britaniya-Pakistan vətəndaşıdır. O, London Brunel Universitetinin İslam və beynəlxalq hüquq professorudur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.