Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi martın 5-də Rusiyaya səfər etməyi planlaşdırdığını bildirib.
Bu barədə RİA Novosti məlumat yayıb.
Qrossinin sözlərinə görə, səfər zamanı o, Zaporojye Atom Elektrik Stansiyası (ZAES) ətrafında hərbi fəaliyyət problemini müzakirə edəcək. O bildirib ki, oradakı vəziyyət hələ də “qeyri-sabit” kimi xarakterizə edilə bilər.
Xatırladaq ki, fevral ayında MAQATE-nin baş direktoru Zaporojye Atom Elektrik Stansiyasına baş çəkib.
Qeyd edək ki, Ukraynanın cənub-şərqindəki Zaporojye Atom Elektrik Stansiyası Avropanın ən böyük atom elektrik stansiyasıdır.
ZAES 2022-ci il martın 4-də Rusiya ordusu tərəfindən ələ keçirilib. Rusiya Prezidenti Vladimir Putin 2022-ci il oktyabrın 5-də elektrik stansiyasının Rusiyanın mülkiyyətinə verilməsi haqqında fərman imzalayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.