ABŞ Prezidenti Co Bayden Ukraynadakı müharibəyə görə Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyaların müddətini bir il müddətinə uzadıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib:
Belə ki, "Qərara aldım ki, Ukrayna ilə əlaqədar 13660 saylı İcra Sərəncamı ilə yaradılmış milli fövqəladə vəziyyətin uzadılmasının zəruriliyi var", - deyə Baydenin Konqrəsə göndərdiyi məktubda bildirilib.
ABŞ-nin Rusiyaya qarşı sanksiyaları 2014-cü il martın 6-da tətbiq edilib.
Bundan sonra bu qərarlar mütəmadi olaraq uzadılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.