AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Qarabağ" "Bayer"lə heç-heçə etdi - YENİLƏNİB

  • + A
  • - A
  • 7-03-2024, 23:59

    "Qarabağ" "Bayer"lə heç-heçə etdi - YENİLƏNİB


    UEFA Avropa Liqasının 1/8 final mərhələsində Bakıda "Qarabağ" Almaniyanın "Bayer" komandasını qəbul edib.

    Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

    Hesabı 26-cı dəqiqədə Yassin Benzia açıb. Olavio Juninyo 45+2-ci dəqiqədə rəqibi növbəti dəfə cəzalandırıb. 70-ci dəqiqədə Florian Vrits fərqi minimuma endirib.

    Matçın yekun nəticəsini 90+2-ci dəqiqədə Patrik Şik müəyyənləşdirib.

    Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması martın 14-də Leverkuzendə baş tutacaq.

    ***

    Avropa Liqasının 1/8 final mərhələsində Bakıda keçirilən "Qarabağ" - "Bayer" oyununda hesab bərabərləşib.

    Patrik Şik 92-cu dəqiqədə bərabərlik qolunu vurub.

    Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

    Hesabı 26-cı dəqiqədə Yassin Benzia açıb. Olavio Juninyo 45+2-ci dəqiqədə rəqibi növbəti dəfə cəzalandırıb. 70-ci dəqiqədə Florian Vrits fərqi minimuma endirib. Matçın yekun nəticəsini 90+2-ci dəqiqədə Patrik Şik müəyyənləşdirib.

    Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması martın 14-də Leverkuzendə baş tutacaq.

    ***

    23:17

    Avropa Liqasının 1/8 final mərhələsində Bakıda keçirilən "Qarabağ" - "Bayer 04 Leverkusen" oyununda hesab arasındakı fərq azalıb.

    Modern.az xəbər verir ki, 71-ci dəqiqədə qonaqlar hesab arasındakı fərqi azaldıb. Vits adını tabloya yazdırıb - 2:1.

    ***

    22:38

    UEFA Avropa Liqasının 1/8 final mərhələsində Bakıda "Qarabağ" və "Bayer" komandaları arasındakı oyunda fərq artıb.

    Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşün 45+2-ci dəqiqəsində Olavio Juninyo rəqibi ikinci dəfə cəzalandırıb 2:0.

    Bununla da birinci hissə başa çatıb.

    ***

    22:14

    "Qarabağ" və "Bayer 04" arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda hesab açılıb.

    26-cı dəqiqədə Ağdam klubunun futbolçusu Yassin Benzia topu qapıdan keçirib.

    ***

    21:45

    UEFA Avropa Liqasının 1/8 finalının ilk oyunu çərçivəsində “Qarabağ” - “Bayer” matçı başlayıb.

    Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

    Komandalar arasında cavab matçı martın 14-də Leverkuzendə oynanılacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR