“Hizbullah” lideri Həsən Nəsrullah HAMAS nümayəndə heyətini qəbul edib.
Azadmedia.az xəbər verir ki, bu barədə Livan KİV məlumat yayıb.
Belə ki, HAMAS nümayəndə heyətinə Siyasi Büro üzvü Xəlil əl-Həyya başçılıq edib.
Tərəflər arasında İsrail-HAMAS razılaşması üzrə danışıqlar prosesi, həmçinin Qəzza zolağı və İordan çayının qərb sahilindəki vəziyyət müzakirə edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.