AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paris -2024 Olimpiya Oyunlarının posteri tənqid edilib - KİV

  • + A
  • - A
  • 12-03-2024, 19:08


    Paris -2024 Olimpiya Oyunlarının posteri tənqid edilib -


    Paris -2024 Olimpiya Oyunlarının posteri sağçı və ifrat sağçı liderlər tərəfindən tənqid edilib. Siyasi liderlər “İnvalides” muzeyinin günbəzində üç rəngli fransız bayrağı və xristian xaçının olmamasından narazı qalıblar. Tənqidlərin bədii deyil, daha çox siyasi xarakter daşıdığı aydınlaşıb.

    Azadmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, sağçı siyasi liderlər bu posterin Fransa bayrağına hörmətsizliyi, xristian irsinin ləğvini təcəssüm etdirdiyini bildiriblər. Onların fikrincə, Paris- 2024 posteri böyük Fransanın tamamilə silinməsinin kədərli və gülünc nümunəsidir. Fransa tarixini inkar edən posterdir. Digər partiyalardan olan siyasi liderlər də əsasən “dərin məna kəsb edən” xristian xaçının olmamasından narazılıqlarını ifadə ediblər.

    “Fransa öz tarixini və mədəniyyətini inkar etməklə özünü ləkələyir”, "Niyə İnvalides günbəzinin üstündəki xaçı sildiniz? Niyə Fransa bayrağı yoxdur? Kim olduğumuzu gizlədiriksə, Fransadakı oyunlar nəyə lazımdır?” - deyə müxtəlif reaksiyalar göstərilərək, posterin sürreal kainatı əks etdirdiyi bildirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR