“Vergi işçilərinə kifayət qədər maliyyə artımı var. Bu artımlar dövlət büdcəsi hesabına veriləcək, ya Xidmətin öz ehtiyatı var?”
Bu fikirləri Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.
“Andiçmə ritualdır. İndi deyirlər vergi işçiləri and içəcəklər. Nəyə and içəcəklər? Qurana əl basacaqlar, yoxsa Konstitusiyaya? Yaş həddi ilə bağlı da qeyd olundu. Biz 65 yaş həddi qoyuruqsa, niyə 1-1 ildən bir icra orqanının təklifi əsasında artırıla bilir? Bu artırılma problemə çevrilib. Müəllimlər bizə müraciət edir, bu da ciddi problemlərə gətirib çıxarır”, - deyə deputat bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.