“Lukoyl” şirkətinin vitse-prezidenti Vitali Robertus iş otağında özünü asıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Baza Teleqram kanalı məlumat yayıb.
Belə ki, ölümündən bir qədər əvvəl Robertus özünü pis hiss edib və baş ağrısına qarşı həb istəyib. Bundan sonra otağına girən vitse-prezident bir neçə saat oradan çıxmayıb, zənglərə də cavab verməyib. Otağa daxil olan şirkət əməkdaşları onun meyitini aşkarlayıblar.
Qeyd olunub ki, Robertus özünə sui-qəsd edib və və asfiksiyadan ölüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.