AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyada prezident seçkiləri keçirilir

  • + A
  • - A
  • 15-03-2024, 09:57

    Rusiyada prezident seçkiləri keçirilir

    Rusiyada prezident seçkilərinə start verilib.

    Paytaxt Moskvada 2200-dən çox seçki məntəqəsi açılıb. 

    Ölkə üzrə seçki məntəqələri hər gün yerli vaxtla 08:00-dan 20:00-a qədər açıq olacaq.

    Seçicilər məntəqələrdə ya kağız bülletenlərlə ənənəvi qaydada, yaxud da elektron səsvermə terminallarından istifadə edərək səs verə bilərlər. Rusiya və ölkədən xaricdə olan 114 milyondan çox rusiyalı səsvermə hüququna malikdir. 

    Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 15, 16 və 17-si olmaqla ilk dəfə 3 gün ərzində baş tutacaq. Ölkə prezidenti postu uğrunda dörd namizəd – Vladimir Putin, Vladislav Davankov, Leonid Slutskiy və Nikolay Xaritanov mübarizə aparacaq. Rusiyanın Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticələrini martın 18-i günün birinci yarısında açıqlayacaq. 


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR