“Trabzonspor”la “Fənərbaxça” arasında keçirilən qalmaqallı oyunda 12 nəfər saxlanılıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.
Nazir araşdırmaların davam etdiyini bildirib: “İndiyədək müəyyən edilən 12 şəxs barəsində məhkəmə işi başlayıb. Hazırda istintaq davam edir”.
Qeyd edək ki, ötən gün Türkiyə Super Liqasının 30-cu turunda keçirilən “Trabzonspor” – “Fənərbaxça” (2:3) oyununda meydan sahibinin azarkeşləri rəqib futbolçulara hücum çəkiblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.