AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kolleclərə direktor təyinatı qaydası dəyişdi

  • + A
  • - A
  • 19-03-2024, 17:38

    Kolleclərə direktor təyinatı qaydası dəyişdi

    Nazirlər Kabineti “Dövlət və bələdiyyə tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edib.

    İndiyə qədər orta ixtisas təhsili müəssisəsinin cari fəaliyyətinə Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi direktor rəhbərlik edib.

    Dəyişikliyə əsasən, bu vəzifəyə təyinat qaydası dəyişir. Beləliklə, orta ixtisas təhsili müəssisəsinin cari fəaliyyətinə direktor rəhbərlik edəcək.

    Hər bir orta ixtisas təhsili müəssisəsinin sayı həmin orta ixtisas təhsili müəssisəsinin nizamnaməsi ilə müəyyən edilən prorektorları deyil direktor müavinləri olacaq. Direktor müavinlərini, orta ixtisas təhsili müəssisəsinin təqdimatı əsasında, tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə təyin edir.

    Direktor olmadıqda, orta ixtisas təhsili müəssisəsinin fəaliyyətinə rəhbərliyi tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə tərəfindən müəyyən edilən direktor müavini həyata keçirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR