2024-cü ilin yanvar-fevral aylarında Pekinin idxal rüsumlarının tətbiqi fonunda Çin Rusiya kömürünün alışını kəskin şəkildə azaldıb.
Azadmedia.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
Belə ki, xəbərdə Çin gömrük məlumatlarına istinadən bildirilir ki, rüsumların tətbiqindən sonra Rusiya Federasiyasından tədarüklər daha az rəqabətli olub və illik ifadədə 22 faiz azalıb. Ümumilikdə Çin kömür idxalı isə 23 faiz artıb.
Qeyd edək ki, Rusiya İndoneziyadan sonra Çinin ikinci ən böyük kömür tədarükçüsüdür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.