Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb.
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Baş nazir “Crocus City Hall” konsert zalında törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərin onu dərindən kədərləndirdiyini qeyd edib.
Ə.Əsədov həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların hamısının tezliklə sağalmasını arzulayıb.
Qeyd edək ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Rəsmi Moskva hadisəni terakt adlandırıb. Baş vermiş silahlı hücumda bu dəqiqəyə olan məlumata görə, azı 60 nəfər ölüb, 121-dən çox yaralanan var.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.