Rusiyanın ABŞ-dakı səfirliyi gələn həftə ikitərəfli münasibətlər mövzusunda Amerika administrasiyasının nümayəndələri ilə təmaslar barədə razılığa gəlib.
Bu barədə bazar ertəsi jurnalistlərə Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov məlumat verib.
“Gələn həftə təmaslar barədə razılığa gəldik. İkitərəfli münasibətlərin problemləri, bundan sonra necə yaşamalı olduğumuz, Rusiya-Amerika münasibətlərinin tamamilə pozulmaması üçün hər hansı şansın olub-olmaması haqqında müzakirələr apardıq”, - deyə səfir vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.