AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çin ABŞ-dan şikayət etdi

  • + A
  • - A
  • 27-03-2024, 20:46

    Çin ABŞ-dan şikayət etdi

    Çin elektromobil alıcılarına vergi güzəştlərinin tətbiqi ilə əlaqədar Dünya Ticarət Təşkilatına ABŞ-dan şikayət edib.

    Bu barədə ÇXR Kommersiya Nazirliyi açıqlama yayıb. Rəsmi Pekin hesab edir ki, Çin istehsalı olan elektromobillərin daxil edilmədiyi vergi güzəştləri proqramı ədalətli rəqabəti pozur və nəticədə Çin məhsullarının satışına mənfi təsir göstərəcək. Nazirlik Vaşinqtonun bu cür addımlarla Dünya Ticarət Təşkilatının qaydalarını pozduğunu düşünür.

    Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden administrasiyası 2022-ci ildə qəbul edilmiş inflyasiyanın azaldılması haqqında qanuna əsasən elektromobillərə vergi güzəştləri tətbiq edib. Bir şərtlə ki, elektromobillər Birləşmiş Ştatlarda istehsal olunmalıdır. Bundan başqa, vergi güzəştlərinin tətbiqinin əhatə etdiyi elektromobillər mineral komponentlər və batareya üçün müəyyən tələblərə cavab verməlidir. Bəzi ekspertlər hesab edirlər ki, ABŞ-ın vergi güzəştləri proqramı Çin müəssisələrini tədarük zəncirindən kənarlaşdırmağı hədəfləyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR