Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub.
Şahmar Hüseynov, fəaliyyətini SOCAR-da davam etdirəcək.
Belə ki, Ş.Hüseynov müvafiq əmrlə SOCAR prezidenti Rövşən Nəcəfin müşaviri təyin edilib.
Qeyd ki, Ş.Hüseynov 2019-cu ilin dekabr ayından “Azneft”ə rəhbərlik edirdi.(“Qafqazinfo”)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.