Tacikistanda "Crocus City Hall"da baş verən terror aktının 9 mümkün iştirakçısı saxlanılıb.
Bu barədə “Reuters” Tacikistan xüsusi xidmət orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Moskvada bu yaxınlarda törədilən terror aktının icraçıları ilə əlaqəsi olması şübhəsi ilə 9 nəfər istintaqa cəlb olunub.
Xatırladaq ki, son məlumatlara görə, “Crocus”da qurbanların sayı 382 nəfərə yüksəlib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.