AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əkrəm İmamoğlu və Mansur Yavaş liderdir - Yenilənir

  • + A
  • - A
  • 1-04-2024, 09:31

    Əkrəm İmamoğlu və Mansur Yavaş liderdir - Yenilənir

    Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə yerli özünüidarə orqanlarına seçkilər keçirilib.

    Ölkə üzrə hələlik 9.96 faiz seçki qutuları açılıb.

    İstanbul üzrə bu faiz 5.45-ə bərabərdir. İlkin nəticələr üzrə İstanbulda Əkrəm İmamoğlu liderdir. O, 49.69 faiz səs qazanıb. Hakim partiyanın namizədi Murat Kurum isə seçicilərin 42.05 faizinin səsini toplayıb.

    ***

    İzmirdə də CHP liderliyi var.

    Belə ki, bu şəhərdə CHP namizədi Cemil Tuqay 47.95 faizlə liderdlir. “AK Parti” namizədi Hamza Dağ isə 37.14 faiz səs toplayıb.

    Ankarada Mansur Yavaş öndədir.

    CHP namizədi 56.98 faiz səs toplayıb. Hakim partiya namizədi Turqut Altıntok 35.83 faiz seçicinin etimadını qazanıb.

    Adanada da CHP namizədi Zeydan Karalar 49.85 faiz səslə öndədir.

    “AK Parti”dən Fatih Mehmet Kocaispir isə 38.04 faiz səslə onu izləyir.

    ***

    Nəticələrə görə, İstanbulda Əkrəm İmamoğlu liderliyini davam etdirir. O, 50.30 faiz səs toplayıb. Onun ən yaxın rəqibi Murat Kurum isə 41 faiz səs toplayıb.

    ***

    İstanbulda seçki qutularının 74.20 faizi açılıb. Əkrəm İmamoğlu 50.40 faizlə liderliyini davam etdirir. Murat Kurumun isə topladığı səs faizi 40.87-dir. Əsas rəqiblər arasında 605 336 səs fərqi var.

    ***

    Səslərin sayılma prosesi yekunlaşmaq üzrədir. Türkiyənin böyük şəhərlərində ilkin nəticələr aşağıdakı kimidir:

    İstanbul

    Açılan sandıqlar: 92.35 faiz

    Əkrəm İmamoğlu (CHP) - 50.88 faiz

    Murat Kurum (AK Parti) - 40.09 faiz

    İzmir

    Açılan sandıqlar: 92.14 faiz

    Cemil Tuqay (CHP) - 48.72 faiz

    Hamza Dağ (AK Parti) - 37.01 faiz

    Ankara

    Açılan sandıqlar: 85.20 faiz

    Mansur Yavaş (CHP) - 59.58 faiz
    Turqut Altıntok  (AK Parti) - 32.19 faiz

    ***

    Türkiyədə ötən gün keçirilən yerli özünüidarəetmə orqanlarına seçkilərdə qutuların 99,82 faizi açılıb.

    Seçkilərin hazırkı nəticələrinə görə, İstanbulda Əkrəm İmamoğlu 51,09%, Murat Kurum 39,59%, Ankarada Mansur Yavaş 60,35%, Turqut Altınok 31,69%, İzmirdə Cemil Tuqay 48,90%, Hamza Dağ 37,07% səs toplayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR