AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının bir qrup tibb işçisi səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə "Təşəkkürnamə" ilə təltif olunub - FOTOLAR

  • + A
  • - A
  • 2-04-2024, 18:47

    Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının bir qrup tibb işçisi səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə "Təşəkkürnamə" ilə təltif olunub -



    Kürdəmir, 2 Aprel — Azadmedia.az


    Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının bir qrup tibb işçisinə səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə "Təşəkkürnamə" təqdim olunub.


    Azadmedia.az-a verilən məlumata görə, bu gün Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının bir qrup tibb işçisi səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının direktoru Elçin Bilalov və Səhiyyə Həmkarlar Təşkilatının sədri Rasim Əzizov tərəfindən "Təşəkkürnamə" ilə təltif olunublar.


    Belə ki, direktor E. Bilalov çıxışında qeyd edib ki, “Həkim peşəsi ən ali, önəmli, məsuliyyətli və xeyirli peşə sahəsidir, belə ki həkimin cüzi bir səhvi ilə insan həyatını tamamilə itirə bilər. Başqa peşə sahələrində xəstə özü də məsuliyyət daşımasına baxmayaraq, bu sahədə məsuliyyəti daha çox həkim daşıyır. O vurğulayıb ki, əhalinin sağlamlığı ölkənin ən dəyərli resurslarındandır və ölkənin çiçəklənməsinin, xalqın rifahının göstəricilərindəndir. Bu mənada,
    həkimlik peşəsinin ən humanist peşə olduğunu, insanların səhhətinin qorunmasında, xəstəliklərin qarşısının alınmasında göstərdikləri fəaliyyətə görə də öz həmkarlarına təşəkkürünü bildirib.”

    Səhiyyə Həmkarlar Təşkilatının sədri Rasim Əzizov isə çıxışında, “Həkim öz davranışı, təfəkkürü, dünyagörüşü ilə digərlərindən fərqlənməli və ən əsası özünə inam yaratmağı bacarmalıdır. Çünki həkimə inam hissi olmadıqda, bəzən xəstənin müalicəsi də səmərəsiz olur. Həkimin xoş sözü, mehribanlığı, qayğıkeşliyi birbaşa xəstənin vəziyyətinə çox müsbət təsir göstərir. Həkim qayğısı, səmimiyyəti də müalicə vasitəsidir,” - deyə bildirib və hər bir tibb əməkdaşını uğurlu fəaliyyətlərinə görə təbrik edib.

    Qeyd edək ki, bu günlərdə xəstəxanaya ağır travma ilə daxil olan 16 yaşlı xəstənin üzərində 4 saat davam edən uğurlu əməliyyat keçirilmişdir.

    Təltif olunanlar:

    Məhəmmədemin Yunusov - (Həkim-Cərrah)
    Şirin Abbasov - (Həkim-Cərrah)
    Nadirxan Nadirov - (Aneztezioloq-reanimatoloq)
    Babasəmid Məmmədli - (Anestezioloq-reanimatoloq)
    Nəzakət Osmanova - (Əməliyyat tibb bacısı)
    Aygün İbrahimova - (Əməliyyat tibb bacısı)
    Qumru Bəkirova - (Əməliyyat tibb bacısı)









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR