Macarıstan NATO-nun Ukraynaya hərbi tədarükü koordinasiya etmək fəaliyyətlərində iştirak etməyəcək.
Azadmedia.az xəbər verir ki, bunu Brüsseldə alyansdan olan həmkarları ilə görüşdə iştirak edən Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
Belə ki, Xarici işlər naziri qeyd edib ki, bütün digər NATO ölkələri alyansın Ukraynaya hərbi təchizatda koordinasiya rolunun artırılmasını dəstəkləyir və yalnız Macarıstan buna qarşıdır.
Həmçinin bildirilib ki, “Bu gün biz açıq şəkildə bildirdik ki, Macarıstan bunu istəmir və NATO-nun koordinasiya rolunun planlaşdırılmasında iştirak etməyəcək. Biz bu münaqişədə iştirak etmək üçün silah verməyən və əsgər göndərməyən Macarıstanın mövqeyini müdafiə etməyə davam edəcəyik”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.