AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Elm və Təhsil Nazirliyi 2020-ci ildən illik hesabatları gizli saxlayır

  • + A
  • - A
  • 5-04-2024, 08:35

    Elm və Təhsil Nazirliyi 2020-ci ildən illik hesabatları gizli saxlayır

    Dövlət qurumları, məmurlar çox zaman ictimaiyyət nümayəndələrini, medianı və sosial şəbəkə istifadəçilərini populizmdə, dezinformasiya yaymaqda günahlandırır. Bunu ictimaiyyətə qapalı qurumlar və fəaliyyəti korrupsiyaya bulaşan qurumlar edir çox zaman.
    Əgər vaxtında hesabatlar, datalar cəmiyyətə, mediaya açıq deyilsə, təbii ki, populizm də olacaq, dezinformasiya da.
    Məsələn Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyini misal çəkək. Nazir Emin Əmrullayevin diqqətinə çatdıraq ki, saytda 2020-ci ildən bu tərəfə illik hesabat yoxdur. Saytdan heç bir data tapmaq olmur. 2024-cü ildə, Data əsrində vətəndaşlar, ictimaiyyət nümayəndələri Nazirliyin datalarına çıxış əldə etmək bir yana, heç fəaliyyət hesabını tapa bilmir. 2020-dən bu tərəfə 4 il keçib amma heç bir məlumat yoxdur. Bəs elə bu saxta məlumatları, dezinformasiyanı belə qapalı məsələlər yaratmırmı?
    https://edu.gov.az/hesabatlar
    Nazirliyin tabeliyindəki heç bir qurumun saytında illik hesabat yoxdur.
    Azadmedia.az xəbər verir ki, zaman-zaman bir çox araşdırmaçı jurnalistlər, hüquq müdafiəçiləri də Nazirliyin dezolara yol açan bu əməlini gündəmə gətirib. Bu yaxınlarda hüquqşünas Sübhan Həsənli də media nümayəndələrinə təlimi zamanı və sosial media hesabında Elm və Təhsil Nazirliyi tərəfinn hesabatların gizlədilməsinə iradını bildirmişdi: "Nazirliyə tabe olan qurumların bəzilərində prezentasiyalar var. Ölkədəki Təhsil kimi nəhəng bir sahə barədə insanlarda bu qədər qıt biliyin olması normaldırmı? Hələ mən ilkin dataları deyirəm. Daha dərinə gedib keyfiyyət analizlərin demirəm. Yaxşı o zaman ictimaiyyət nümayəndələri təhsil sahəsinə nəyin əsasında qiymət versinlər, fikir bildirsinlər? İnsanlar da məcbur olur gündəlik isti xəbərlər üzərindən qurumlara qiymət verir və sonra da deyirlər ki, populizm edirsiz. İctimaiyyət üçün vacib olan hesabatlar niyə dərc edilmir? Nədir bu ləngimənin səbəbi? Məncə staff problemi də yoxdur".
    İllər öncə Dövlət Proqramı ilə xaricdə təhsil hüququ qazanmış tələbələrin siyahısı dərc edilərdi. Media da onları ictimaiyyətə tanıdardı. Emin müəllim onların siyahısının açıqlanmasını da mediaya çox görür. Bu da haqlı şübhələr yaradır. Belə çıxır ki, dövlətin tələbələr üçün yaratdığı bu şansı da inhisara alıblar. Məmur balaları burda da xalqın balalarının haqqına girir. Yoxsa siyahı nədən ictimaiyyətə açıqlanmır? Belə olan halda Nazirliyin şəffaf fəaliyyətinə necə inanaq?

    Azadmedia.az Elm və Təhsil Nazirliyinə sorğu göndərib cavabdan asılı olaraq mövzuya bir də qayıdacaq.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR