AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda qeydiyyatda olan narkomanların sayı açıqlandı

  • + A
  • - A
  • Dünən, 19:30

    Azərbaycanda qeydiyyatda olan narkomanların sayı açıqlandı

    2024-cü ilin sonuna dispanser qeydiyyatında olan narkotik istifadəçilərinin sayı 40490 nəfər olub.

    Bu barədə məlumat təsdiq olunan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

    Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin təqdim etdiyi məlumata görə, onlardan 39485 nəfəri kişi, 1005 nəfəri isə qadındır.

    Qeydiyyatda olanların 20182 nəfəri opioidlərin, 8611 nəfəri kannabinoidlərin, 11697 nəfəri isə eyni zamanda bir neçə narkotik maddənin qəbul edilməsi nəticəsində psixi və davranış pozuntuları yaranmış şəxslərdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR