Avropa İttifaqı (Aİ) Ermənistanın Rusiyaya qarşı sanksiyalardan yayınma ilə mübarizədə göstərdiyi səyləri alqışlayır.
Azadmedia.az xəbər verir ki, bunu Brüsseldə Aİ-ABŞ-Ermənistan formatında keçirilən görüşdə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen deyib.
Belə ki, Avropa Komissiyasının rəhbəri qeyd edib ki, Aİ 4 il ərzində Ermənistana 270 milyon avro məbləğində qrant ayıracaq.
Həmçinin “Bu gün biz ötən ilin oktyabrında Ermənistana verdiyimiz sözü yerinə yetiririk”, - deyə o deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.