Türkiyənin Daxili İşlər Nazirliyi İstanbulda İsrailin xeyrinə casusluq etməkdə, bir sıra şəxslər və şirkətlər haqqındakı gizli məlumat və sənədləri xarici kəşfiyyata ötürməkdə şübhəli bilinən 8 nəfəri saxlayıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya X sosial şəbəkəsində məlumat verib.
Bildirilib ki, saxlananlar arasında Əhməd Ersin Tumlucalı adlı özəl detektiv və həyat yoldaşı 2011-2020-ci illər arasında MOSSAD ilə əlaqədə olub, bu müddət ərzində Almaniya və Avstriyada İsrail Xarici Kəşfiyyat Təşkilatının iki üzvü ilə görüşlər keçirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.