AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu ölkə Rusiya ilə sərhəddə keçid məntəqələrini müddətsiz bağlayır - KİV

  • + A
  • - A
  • 6-04-2024, 15:59

    Bu ölkə Rusiya ilə sərhəddə keçid məntəqələrini müddətsiz bağlayır -


    Finlandiya Prezidenti Aleksander Stubb ölkə hökumətinin Rusiya ilə sərhəddə keçid məntəqələrini müddətsiz bağlamaq qərarını dəstəkləyib.

    Azadmedia.az xəbər verir ki, Aleksander Stubb Yle telekanalına müsahibəsində şərq sərhədini bağlı saxlamaq qərarının düzgün olduğunu deyib. Onun sözlərinə görə, sərhəd keçidləri qaçqınlarla bağlı vəziyyətin idarəolunmaz həddə çatmasına yol verməmək məqsədilə bağlanıb və hökumətin bu addımı xaosdan yayınmağa kömək edib.

    Belə ki, aprelin 4-də Finlandiya Nazirlər Kabineti Rusiya ilə sərhəddəki keçid məntəqələrinin fəaliyyətinin qeyri-müəyyən müddətə qədər dayandırılması barədə qərar qəbul edib. Həmin keçidlər 2023-cü il noyabrın sonunda qaçqınların ölkəyə nəzarətsiz daxil olmasının qarşısını almaq üçün bağlanmışdı.

    Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Finlandiyanın sərhəd keçidlərini bağlamaq qərarının Avropada yeni ayırıcı xətlər yaratdığını vurğulayıb və bildirib ki, Moskvanın cavabı idarələrarası formatda hazırlanaraq veriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR